Dünya

JİANQ ZEMİN VƏ Sİ CİNPİN İTTİFAQI…

Sİ HAKİMİYYƏTİ NECƏ GÖTÜRDÜ?

Rəhbərlikdə təsadüfi insanlar yoxdur, xüsusən də ÇXR-in yüksək rəhbərliyində, ordu qrupu ilə Hu Yaoban komsomol üzvləri arasında toqquşma nəticəsində Şanxay qrupu Siyasi Büroda üstünlük təşkil etməyə başladı. İki tərəf savaşanda mütləq 3-cü tərəf qalib gəlir. Şanxaylıların Çinin siyasi Olimpində tarixi baxımdan görünməsi təsadüfi deyil. Şanxaylı Çjou Enlay Mao dönəmində KLANIN siyasi olimpdəki ən parlaq təmsilçisi idi. Əslində, hadisələr və beynəlxalq təzyiqlər nəticəsində siyasi cəhətdən zəifləmiş ordu, Şanxay qrupunu dəstəklədi. Jiang demokratların himayədarı deyildi o, ABŞ Demokratik Partiyasında sevilmədi, onlara üçüncü Tayvan böhranını yaşatdı (indiki təlimlərdə olduğu kimi). Amerikalılarda cavab olaraq ÇXR-in Belqraddakı səfirliyini partlatdılar…

Əgər biz özümüzə sual etsək ki, Si Cinpin Siyasi Büroya necə daxil oldu, onda onun Şanxy Klanı ilə ən yüksək hakimiyyətə gəldiyini görəcəyik. 2007-ci ildə Şanxay şəhər komitəsinin rəhbərliyi uğrunda savaş başladı. Hu Jintao Şanxayçıların namizədi Çen Lianqyu”nu şəhər rəhbərliyindən alaraq öz namizədi Han Zhengi (halhazırda baş nazirin müavini) ora təyin etmək istəyirdi. Buna cavab olaraq isə Jianq həm onun komandası ilə sıx münasibəti olan həmdə ordu təmsilçisi olan Si Cinpinin Şanxay rəhbərliyindəki namizədliyinə açıq dəstək verdi. Və nəticədə Si Şanxay şəhər komitəsinin rəhbəri vəzifəsinə gətirildi. Si bu dəstəyi unutmur, ən son Politbürodakı şanxayçılara siyasi olimpdə təmsil edilməsinə yaşıl işıq yandıraraq bunu göstərmiş oldu. 2027-2032-ci illərdə Şanxayçıların daha aktivləşəcəyini görəcəyik….

Həmçinin, müasir Çin tarixinin ən iddialı şəxsiyyətinin irəli sürülməsi Komsomoldan olan Tiananmen hadisələrinin oyunçuları ilə Şanxaylılar arasındakı münaqişə ilə bağlıdır. Komsomol SARS vasitəsilə Jiang Zemin-in qollarını bükərək onu ordudakı hakimiyyətdən getməyə məcbur etdi. Şanxay həm də Tayvanla birləşmək ideyasıdır. Şanxay Çin İmperiyasının qayıtması deməkdir. Şanxay Çin millətçiliyidir və Tayvan Milli Partiyası ilə sıx əlaqədədir. Şanxay həm də Leninqraddır, SSRİ ilə ÇXR arasında münasibətlər bərpa edildikdən sonra bu iki şəhər arasında ilk qardaş şəhər münasibətləri qurulmuşdur…

Siyasətdə təsadüfi heç nə yoxdur!

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button