İdman
“Qarabağ”dan Kadi ilə bağlı xəbərlərə münasibət
“Qarabağ”ın futbolçusu Kadi Borgesin yaxın vaxtlarda Polşa millisinə cəlb olunacağı ilə bağlı növbəti xəbərlər yayılıb.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bu xəbərlərə münasibət bildirib. Klub rəsmisi deyib ki, bununla bağlı onlarda heç bir rəsmi məlumat yoxdur: “Biz də mətbuatdan oxumuşuq. Milli komanda seçimi məsələsində futbolçu azaddır. Sənədlər uyğundursa, Polşa milli komandasına uyğun gəlirsə, bu, “Qarabağ” üçün yalnız qürur və fəxr ola bilər. Amma hal-hazırda rəsmi məlumat yoxdur. Ona görə də münasibət bildirmək düzgün olmaz”.
Qeyd edək ki, braziliyalı Kadi bundan əvvəl Polşa Futbol Federasiyası ilə bu haqda söhbətinin olduğunu təsdiqləmişdi.