Hadisə

Əsgərin silahdan atəş açraq özünə xəsarət yetirməsilə bağlı cinayət işi başlanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Nuriyevin silahdan atəş açaraq özünə xəsarət yetirməsi barədə cinayət işi başlanıb.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Fakt ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra olunub.

Hazırda istintaq davam etdirilir

Xatırladaq ki, 2022-ci il noyabrın 29-da hərbi qulluqçu Kənan Nuriyevin odlu silahdan atəş açaraq özünə xəsarət yetirmişi barədə DSX dekabrın 1-də məlumat yaylb, hərbi qulluqçunun vəziyyətinin ağır olduğu bildirilir.

Bənzər yazılar

Back to top button