ManşetSiyasət

Azərbaycanın İsraelə göndərəcəyi Səfir hansı kriteriyalara cavab verməlidir?

Azərbaycanın İsraeldə səfirliyinin açılması haqqında verilən qərarlar çox sevindiricidir. Bir zamanlar bizlər və İsraeldəki dostlar səfirliyin açılmasını 90-cı illərin sonlarında gözləsək də, səfiriyin geçikməsi heç də daimi inkişaf edən ikitərəfli münasibətlərə və geniş əməkdaşlığa kölgə salmadı. Əksinə, münasibətlər artan istiqamətdə inkişaf etdi.

Əslində, İsraelin Azərbaycana hərbi və texnoloji dəstəyi və Azərbaycanın İsraellə daimi şaxələnən əməkdaşlığı və iki ölkə arasındakı mehriban münasibətlər xalqlarımız arasında mövcud olan tarixi münasibətlər və Azərbaycan xalqının ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarının hədsiz töhvələrindən qaynaqlanır.

Azərbaycan xalqının öz torpağında yaşamaq hüququ üçün apardığı 44 günlük Vətən müharibəsi dövründə və müharibə- sonrakı dönəmdə İsraelin tutduğu mövqe və verdiyi dəstək tarixi sınaq dövrü idi və İsrael öz siyasəti ilə Azərbaycanın yanında olduğunu sübut etdi. Gözlərini itirmiş əsgərlərmizin İsrael həkimləri tərəfindən müalicəsi və işğal edilmiş ərazilərin bərpası istiqamətində İsraelin səyləri unudulmaz tarixi münasibətlərdir. Bu baxımdan, İsrael bayraqlarının Bakı küçələrində Türkiyə və Pakistan bayraqları ilə bərabər dalğalanması müttəfiqliyin nümayişi və sevindirici hal idi.

Hesab edirəm ki, səfirliyin açılması iki ölkə arasındakı münasibətləri tam da müttəfiqlik səviyyəsinə çatdıracaq və münasibətlər qarşılıqlı inam üzərində davam edəcəkdir. Münasibətlərin bu səviyyəyə çatmasına şəxs olaraq da ikiqat sevinirəm, çünki vaxtilə İsraelin çeşidli Universitelərində və araşdırma mərkəzlərində çıxışlarım iki ölkə arasındakı münasibətlərin bu istiqamətdə inkişaf edəcəyini vurğulayırdı.

Azərbaycan-İsraeıl münasibətləri, heç də bəzi dairələrin düşündüyü kimi İsraellə rəqabətdə olan heç bir üçünçü ölkəyə yönəlməmişdir ,əksinə qarşılıqlı əməkdaşlığa və dostluğa söykənmiş və iki ölkənin xalqlarının arzularını ifadə eən münasibətlərdir.

Hesab edirəm ki, Səfirliyin açılması və əməkdaşlığın şaxələnməsi Azərbaycanda elmin inkişafına da təkan verəcəkdir. Azərbaycanlı tələbələrin fərqli İsrael universitetlərində təhsil alıb geri dönməsi Azərbaycanda müasir texnologiya və tibbin inkişafına önəmli dəstək mənbəyi olacaqdır.

Azərbaycanın yerləşdiyi coğrafi məkan və müharibə sonrakı həll edilməmiş təhlükəsizlik məsələləri Azərbaycan ilə İsrael arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsini tələb edir. Bu kontekstdə, İsraelin anti-terror əməliyyatları təcrübəsi və şübhəli elementlərin izlənməsi və zərərsizləşdirilməsi praktikası Azərbaycan təhlükəsizlik qüvvələri üçün çox yararlı ola bilər.

Düşünürəm ki, indiki dönəmdə İsraeldə Səfirin kim olacağı da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın İsraelə göndərəcəyi Səfir XİN-in hər hansı bir diplomatının təyinatına bağlanmalı deyil, burada fərqli yanaşma tətbiq edilməlidir. İsraelə təyin edilən Səfirin dünya görüşlü,təcrübəli,Yaxın Şərqin,İsraelin və Yahudi millətinin tarixi ilə tanış olan və bölgədə uzun müddət davam edən münaqişənin incəliklərini bilən nüfuzlu bir şəxsin təyin edilməsi daha da məqsədəuyğun sayılardı. Azərbaycanın gənc diplomatlarının bu məsələlərə ağırlıqlı olaraq cəlb edilmədiyini nəzərə alsaq, yeni təyin ediləcək Səfirin Azərbaycanın nüfuzlu Yahudi vətəndaşlarından birinin təyin edilməsi, Azərbaycanın İsraeldə ilk Səfiri kimi, ikili münasibətləri də möhkəm əsaslarla qurardı. Dünyanın əksər ölkələrinin İsraelə göndərdikıəri Səfir hər zaman bu cür göstəricilərə cavab verir və ölkəsində də nüfuz sahibləri olur. Məncə, Azərbaycan da bu məsələdə çoxtərəfli amilləri nəzərə alaraq qərar verməlidir.

Elxan Mehdiyev, Beynəlxalq məsələlər üzrə ekspert

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button