İdman

“Heç kimdən qorxmuruq” – Zlatko Daliç

“Mən əsl müharibə gözləyirdim, çünki Belçika ardıcıl üç matçda pis oynaya bilməzdi. Çox ləyaqətli görünürdük və birinci hissəni əla keçirdik. Təmiz penalti qazandıq, VAR yenə əleyhimizə işlədi. Amma bu, bizi sındırmadı. Belçikanın qol epizodlarının olacağını bilirdik. Şans sonda bizə gülümsədi”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Belçika ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

“1/8 finalda kiminlə oynayacağıq? Məncə, İspaniya bizim rəqibimiz olacaq. Böyük məşqçi ilə böyük komanda. Onlarla çətin təcrübəmiz oldu, Avropa çempionatında əlavə vaxtda uduzduq. Ən əsası dincəlməkdir, çünki bizi çətin oyun gözləyir. Çox yaxşı tanıdığımız Olmo var və onun böyük əhəmiyyəti var. Amma kiminlə qarşılaşacağımız bizi maraqlandırmır, Belçika ilə oynadığımız kimi oynasaq, heç kimdən qorxmuruq” – deyə o bildirib.

Qeyd edək ki, Xorvatiya F qrupunu 5 xalla 2-ci pillədə başa vurub.

Bənzər yazılar

Back to top button