Dünya

Bayden və Makron Putini pisləyir və Ukraynanı dəstəkləyəcəklərini vəd edirlər

Cümə axşamı Ağ Evdəki görüşdə ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron vahid cəbhədən çıxış edərək Rusiya müharibəni dayandırmadığı müddətdə Ukraynaya dəstək verəcəklərini vəd ediblər. Bu barədə iki lider birgə mətbuat konfransında bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Rusiyanın qəddar olduğunu bilirdim, ancaq bu qədər olacağını gözləmirdim” deyən Bayden Rusiyanı “Avropa qitəsində növbəti dəfə sülhü məhv edən” müharibəni başlamaqda ittiham edib.

Makron da bu iradları təkrarlayıb və əlavə edib ki, Rusiya ilə müharibə o deməkdir ki, “biz yenidən silah qardaşları olmalıyıq”.

Bayden birgə konfransdan istifadə edərək Vladimir Putini tənqid atəşinə tutub: “Putinin nə vaxtsa Ukraynaya qalib gələcəyi anlayış çərçivəsindən kənara çıxır. O, əvvəlcədən hesabladığı hər şeyi səhv hesablayıb”, – Bayden deyib.

Eyni zamanda Bayden qeyd edib ki, “əgər həqiqətən müharibəni bitirməyə maraq varsa, o, danışığa açıqdır. Əgər belədirsə, o zaman Putinin nə istədiyini öyrənmək üçün onunla görüşməkdən məmnun olaram”, – Bayden deyib.

Bayden Makronu Fransa lideri vəzifəyə gəldikdən sonra ilk rəsmi dövlət səfəri zamanı qəbul edib. Mətbuat konfransı liderlərin uzun sürən ikitərəfli görüşündən sonra baş tutub. Oonlar bildiriblər ki, bir sıra məsələləri, əsasən Ukraynanı müzakirə ediblər.

“Biz heç zaman ukraynalıları kompromisə çağırmayacağıq, bu, onlar üçün qəbuledilməzdir. Əgər davamlı sülh istəyiriksə, ukraynalılara hörmət etməliyik”, – Makron deyib.

Birgə bəyanatda iki ölkə lideri Rusiyanın həm nizami silahlı qüvvələrinin, həm də onun etibarlı şəxslərinin, o cümlədən Vaqner və digərləri kimi muzdluların törətdiyi geniş, sənədləşdirilmiş vəhşiliklərə və hərbi cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün sarsılmaz qətiyyətlərini təsdiqləyiblər.

Bənzər yazılar

Back to top button