Dünya

Rusiya qlobal internet şəbəkəsindən ayrılır? – Medvedevdən açıqlama

Rusiyanın qlobal internet şəbəkəsindən ayrılması mümkündür.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Təhslükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, ABŞ internetin idarə olunması üçün açar hüquqlara malikdir.

Medevedev həmçinin qeyd edib ki, Rusiya SWIFT sistemindən çıxarılmaqla da təhdid edilir.

“Bu, tam olaraq internet deyil, bankçılıq fəaliyyəti üçün nəzərdə tutulan sistemdir. Lakin hər dəfə bizi bununla qorxudurlar. Biz hətta belə bir halın baş verəcəyi təhlükəsini nəzərə alaraq öz sistemimizi yaratdıq”, – deyə Medevedev bildirib.

Onun sözlərinə görə, internet bağlı olduğu halda Rusiyanın qlobal şəbəkənin əsas qovşaqlarına girişi mümkün olmayacaq. TŞ sədrinin müavini Dövlət Dumasının internetin Rusiya seqmenti barədə qanun qəbul edilməsi zərurətinin bununla bağlı olduğunu deyib və sözügedən qanunun qüvvəyə minə biləcəyinə işarə edib.

Bənzər yazılar

Back to top button