Dünya

ABŞ və onun müttəfiqləri Rusiyanın Ukraynada kimyəvi silah tətbiq etməsinin mümkünlüyünü “diqqətlə izləyirlər”

ABŞ və müttəfiqləri Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsinin mümkünlüyü baxımından vəziyyəti “diqqətlə izləyirlər”. Bu barədə Turan-ın müxbirinə Vaşinqtondakı yüksək vəzifəli diplomat bildirib.

“Rusiyanın kütləvi qırğın silahlarından istənilən istifadəsinə “adekvat cavab veriləcək”, – ABŞ-ın Kimyəvi Silahların Qadağan Olunması Təşkilatında daimi nümayəndəsi, səfir Cozef Manso deyib.

O bu barədə Dövlət Departamentinin Brüssel KİV Mərkəzinin jurnalistlər üçün təşkil etdiyi onlayn- brifinq zamanı deyib.

Rusiyanın potensial hücumuna “Vaşinqtonun adekvat cavabı” dedikdə nəyin nəzərdə tutulduğuna dair Turan-ın müxbirinin sualının cavabında səfir deyib ki, bu məsələ “qəsdən açıq qalır, biz siqnal gondərmək istəirik ki, bu, cəzasız qalmayacaq”.

“Əgər ABŞ prezidenti nəsə deyibsə, o belə də olacaq, amma mənim prezidentin niyyəti barədə danışmaq fikrim yoxdur”, – o deyib.

Sonra əlavə edib ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının konkret olaraq nəylə məşğul olduğu barədə danışa bilər. Biz çalışırıq ki, belə bir hücum zamanı ukraynalıların bu hücumu operativ şəkildə aşkar etməsi, özlərini və mülki əhalini qorumaqdan ötrü xilasediciləri hazırlaması üçün lazımi qoruyucu vasitələrə malik olmasını təmin edək. Biz istəyirik ki, ruslar kimyəvi silahı tətbiq etdiyində, Ukrayna hazır olsun”, – səfir Manso fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button