GündəmManşetSiyasət

Qarabağa gəldiyi deyilən iranlı dəstə üzvlərinin adları açıqlandı – Foto

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıların mandatlarına zidd addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etməsi barədə iddia yayılıb.

“Qafqazinfo” sözügedən 14 nəfərin adlarını açıqlayıb.

“Biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:

Mohmadi Vahab Mehralı
Heidari Abdollah Alah Rahm
Mohmadi Daryoosh Avaz
Amiritolmarani Elsa Mohammad
Salahshouri Dourakı Farzad Nader
Mohmadi Aref Hossein
Almasian Nezhad Ebrahim Mohammad
Mohmadi Abdollah Mehr Ali
Mohmadi Nasrolah Mehr Ali
Safari Hossein Hatam
Kouravand Takht Sabzı Alı Shir Hossein
Mohmedi Omid Mehr Ali
Mohammadı Mokhtar Bar Ahmad
Salahshouri Dourakı Keramat Nader”, – saytın məlumatında deyilir.

Qeyd olunub ki, məsələ ilə bağlı İran Səfirliyinə edilən zənglər cavabsız qalıb.

Xatırladaq ki, iranlıların rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərildiyi iddia edilir. Digər bir iddiaya görə isə onlar Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə bilər.

Bənzər yazılar

Back to top button