Siyasət

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə gedib

Sentyabrın 15-də prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə gedib.

Sammit çərçivəsində Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək. Rusiya prezidenti Putinlə görüşün əsas mövzusu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət olacaq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş sentyabrın 16-da olacaq. Bundan öncə Putin baş nazir Paşinyanla telefonla danışıb.

*Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilatın üzvləri Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, Özbəkistandır.

Azərbaycan və Türkiyə “dialoq üzrə tərəfdaşlardır”.

Şanxay Əməkdaşlıq Təşkilatının əsas vəzifələri iştirakçı dövlətlərin məkanında sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm və narkotrafikə qarşı mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, enerji tərəfdaşlığı, elmi və mədəni əməkdaşlıqdır.

Bənzər yazılar

Back to top button