Cəmiyyət

Prezident İlham Əliyevin Şəki səfəri

Dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonuna gedib, orada bir sıra inzibati və sosial-iqtisadi obyektlərdə olub.

Əsasən dövlət başçısının iştirakı ilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu hissəsinin yenidənqurmadan sonra açılışı olub.

Sonra o, Şəki rayonunun Orta Zəyzid kəndində “Green Factory” MMC quru meyvə istehsalı müəssisəsinin, eləcə də Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında olub.

Bundan əlavə, Əliyev Şəki Xan məscidi kompleksində bərpa işləri, həmçinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində aparılan təmir-bərpa işlərilə tanış olub.

Səfər davam edir.

Bənzər yazılar

Back to top button