GündəmManşetSiyasət

Ermənistan parlamenti Qarabağın öz müqəddəratını təyinetmə hüququndan bəhs edən bəyanat layihəsini qəbul etməyib

Cümə günü Ermənistan Milli Assambleyası müxalifətin təklif etdiyi və Azərbaycan parlamentinə ünvanlanmış bəyanatı qəbul etməyib, Ermənistan KİV bildirib.

“Hayastan” fraksiyasının təşəbbüsü olan layihəni 97 deputatdan 29-u dəstəkləyib. Digərləri bitərəf qalıb.

Səsvermədən öncə üçsaatlıq müzakirə aparılıb, iqtidar və müxalifət arasında danışıqlar prosesiə və ölkə rəhbərliyinin hərəkətlərinə dair qızğın diskussiya gedib.

Hakim fraksiyadan olan deputatlar mətndəki “Dağlıq Qarabağ Respublikası”, “Arsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ məhdudlaşdırıla bilməz”, “Ermənistan Arsax ermənilərinin hüquqlarını müdafiə etməyə borcludur” kimi ifadələri tənqid ediblər. (Turan)

Bənzər yazılar

Back to top button