GündəmManşetSiyasət

Filip Riker: “ABŞ Bakı və Yerevanı birbaşa dialoqa çağırır” (VİDEO)

Cümə günü ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin Yerevana səfərinin yekunlarına dair videomüraciətini yayıb.

O, Ermənistanın baş naziri və xarici işlər naziri ilə məhsuldar danışıqlardan, Bakıda və Tbilisidə analoji danışıqlar aparmasından bəhs edir.

“ABŞ ən yüksək səviyyədə, dövlət katibi Blinkenin və milli təhlükəsizlik məsələləri üzrə müşavir Sallivanın şəxsində birbaşa Ermənistan-Azərbaycan danışıqlarına cəlb edilib və onu dəstəkləyir.

Biz Cənubi Qafqazda dinc gələcəyin təmin edilməsinə sadiqik. Biz əminik ki, hərbi əməliyyatlar yox, davam edən birbaşa dialoq nizamlanmada və hərtərəfli uzunmüddətli sülhün əldə olunmasında mühüm rol oynayır.

Başa düşürük ki, bu, asan deyil, ancaq mən Blinkenin Mirzoyan və Bayramovla görüşdə söylədiyi sözləri təkrarlamaq istəyirəm ki, ABŞ sülhə nail olmaqdan ötrü sizin səylərinizi dəstəkləmək üçün hər şeyi etməyə hazırdır”, – Riker deyib. (Turan)

Bənzər yazılar

Back to top button