Dünya

ABŞ, G7 ölkələri və Avropa İttifaqı Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq etmək barədə razılığa gəliblər

ABŞ və onun G7-dən olan müttəfiqləri, habelə Avstraliya cümə günü Rusiya neftinin bir barrelinin maksimum qiymətinin 60 dollar səviyyəsində müəyyən edilməsi barədə konsensus əldə ediblər.

Bu addım Vladimir Putini Ukraynadakı müharibəsi üçün maliyyə mənbəyindən məhrum etmək məqsədilə Qərbin dünyada neft qiymətlərinin yenidən təşkili üzrə səylərinin bir hissəsini təşkil edib.

G7-nin birgə bəyanatında deyilir ki, məhdudiyyət dekabrın 5-dən “və ya bu tarixdən sonra çox qısa zamanda” tətbiq ediləcək. Bahalı və ucuz neft məhsullarının maksimum qiymətləri ayrıca açıqlanacaq.

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Aİ ilə razılaşma “qlobal enerji resursları təchizatının sabitliyini qoruyub saxlayaraq, Putinin Ukraynada qanunsuz müharibəsi üçün əsas gəlir mənbəyidir”.

Yellen əlavə edib ki, məhdudiyyət artıq enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin artımının əsas çətinliyini hiss edən aşağı və orta gəlir səviyyəsinə malik ölkələr üçün faydalı olacaq.

Amerika mənbələrinin məlumatına görə, Ukraynada müharibənin başlanğıcından etibarən Rusiya öz neftinin hər barreli üçün 100 dollar qazanıb. Neft qiymətlərinin məhdudlaşdırılması Rusiyanın onsuz da pis olan iqtisadi və maliyyə perspektivlərini daha da korlayacaq, ölkə ciddi maliyyə çətinlikləri yaşayacaq. (Turan)

Bənzər yazılar

Back to top button