Dünya

ABŞ Vaqner qrupunu terrorçuların qara siyahısına daxil edib

Bayden Administrasiyası cümə günü Rusiyanın məşhur hərbi təşkilatı olan Vaqneri bir sıra məşhur terrorçu təşkilatların yer aldığı siyahıya daxil edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət katibi Entoni Blinken bildirib ki, Vaqner Qrupunu Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə əlaqədar “xüsusi narahatlıq doğuran təşkilat” adlandırıb. Bu siyahıya Taliban, Boko Haram, Əl-Şabab və iki İŞİD qruplaşması daxildir. (Vaqner-in rəhbəri – Priqojin Kremldə Putinin şəxsi aşbazı kimi fəaliyyət göstərir).

“Bu siyahının açıqlanması bizim milli təhlükəsizliyin müdafiəsi və bütün dünyada insan hüquqlarının təşviqi ilə bağlı dəyərlərimizə və maraqlarımıza uyğundur”, deyə Blinken qeyd edib.

Ölkələrə gəlincə, Blinken 2021-ci ildən xüsusi narahatlıq doğuran bütün ölkələri – Çin, Eritreya, İran, Myanma, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanı qara siyahıda saxlayıb. Əvvəllər Xüsusi Müşahidə Siyahısında (SWL) olan Kuba və Nikaraqua bu siyahıya əlavə edilib.

Hazırda Xüsusi Müşahidə Siyahısında Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor Adaları və Vyetnam qalıb.

Bu arada, Dövlət Departamenti ABŞ-ın beynəlxalq din azadlığı üzrə Muxtar Komissiyasının tövsiyələrinə məhəl qoymayıb. Komissiya 2022-ci il üçün hesabatında Azərbaycan, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Türkiyə və Özbəkistan kimi ölkələri Müşahidə Siyahısına daxil etməyi tövsiyə edib.(Turan)

Bənzər yazılar

Back to top button