İdman
Deşam: “Diqqətimizi Levandovskinin üzərində saxlamayacağıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022 1/8 final mərhələsində Polşa ilə oyun öncəsi rəqib komandanın futbolçusu Robert Levandovski haqda danışıb.
Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, o deyib: “Belə oyunçunun meydanda hərəkətini məhdudlaşdırmaq lazımdır. Bədənindən çox yaxşı istifadə edir. O, ən kiçik şansdan istifadə edir. Ancaq biz diqqətimizi Levandovskinin üzərində saxlamayacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək Fransa – Polşa görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.