
Azərbaycan Xarici İşlər Nazirliyi 14 İran vətəndaşının Qarabağa qanunsuz gəlməsi ilə bağlı məlumatla bağlı İrana nota verib. Bu barədə dekabırın 3-də mətbuata Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
“İran vətəndaşlarının Azərbaycana qeyri-qanuni keçidi ilə bağlı yayılan məlumatlarla əlaqədar bu məlumatın aydınlaşdırılması üçün İranın Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib. Biz İran tərəfinin cavabını gözləyirik”.