Dünya

İngilis kraliçasının aşpazı mükəmməl sosis qızartmağın sirrini açdı

Mükəmməl sosis hazırlamağın heç də asan olmadığı ortaya çıxır.

Qaynarinfo xəbər verir ki, bunu İngiltərə kraliçası II Yelizavetanın mətbəxində xidmət edən aşpaz Jeff Baker deyərək, dadlı qızardılmış sosisin sirrini açıb. Bu barədə KentLive saytı məlumat yayıb.

Bunu etmək üçün sosisi bişirməzdən ən az 20 dəqiqə əvvəl soyuducudan çıxarın. Əks halda, üzü yanacaq və qızartma qeyri-bərabər gedəcək.

Yemək üçün yapışmayan örtüklü bir qab seçmək lazımdır. Qızartmaq üçün qaz və ya ördək yağından istifadə etmək idealdır, bunun üçün bir çay qaşığı götürməlisiniz, səthə bərabər yayıb, sonra artıq hissəni götürün. Bundan sonra, sosisləri elə qoymalısınız ki, bir-birinə toxunmasınlar.

Sosisləri vam və ya az odda qızardın, özünüz də sobadan aralanmayın: çünki sosisləri davamlı çevirmək lazımdır. Onlar qızılı rəng alana kimi tavada saxlayın.

Başqa bir vacib məqam odur ki, onları dərhal süfrəyə verməyin, bir neçə dəqiqə soyumasını gözləyin. Bundan sonra sosiaslər mükəmməl olacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button