Gündəm

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki mütəxəssislər Şuşaya qayıdıblar

Azərbaycanın Ekologiya Nazirliyi, “AzerGold” QSC və Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının Rusiya sülhməramlılarının komandanlığı ilə sülhməramlı qüvvələrin Xocalı şəhərindəki qərargahında danışıqlar aparılıb. Onlar şənbə günü axşam saat 6-da tamamlandı.

Ekologiya Nazirliyindən verilən məlumata görə, müzakirələr zamanı Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarından bir daha əsaslı narazılığını bildirib.

“Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılmışdır”

Bənzər yazılar

Back to top button