Dünya

ABŞ İraqa qarşı sanksiya hazırlığına başladı

Tramp administrasiyası İraq Parlamentinin amerikalı hərbçilərin ölkədən çıxarılması ilə bağlı qərarından sonra bu ölkəyə qarşı sanksiyalar hazırlamağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Washington Post” nəşri administrasiyadakı mənbələrinə istinadən yazıb. Bildirilir ki, sanksiyalar tətbiq olunsa, əsasən Ağ Ev və ABŞ Maliyyə Nazirliyindən gələcək.

Xatırladaq ki, yanvarın 4-ü İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı general Qasım Süleymaninin qətlindən sonra İraq Silahlı Qüvvələri ABŞ ordusunun ölkədəki fəaliyyətlərinin məhdudlaşdırılacağını elan etmişdi. Ertəsi gün parlament İŞİD-lə mübarizə üçün koalisiya ilə razılaşmanın ləğv edilməsinə və xarici qoşunların ölkədən çıxarılmasına səs verib. Bundan başqa Bağdad Birləşmiş Ştatların davranışlarına görə, BMT-yə şikayət edib və Vaşinqtonu İraqın suverenliyini pozmaqda günahlandırıb. Tramp isə öz növbəsində qoşunların Bağdaddan ayrılmayacağını vurğulayaraq, İraqın ABŞ qüvvələri tərəfindən qurulan hərbi hava bazası üçün pul ödəməsini tələb edib. Həmçinin hər hansısa bir fəaliyyətlərə qarşı sanksiyalarla hədələyib.

Bənzər yazılar

Back to top button