İdman

Messinin qələbədən sonra fikirləri

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin 1/8 finalında Avstraliyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Qol.az xəbər verir ki, sözügedən görüşdə komandasının ilk qolunu vuran 35 yaşlı hücumçu deyib: “Oyuna nəzarət etdik. Düşünürəm ki, Martinesin son seyvindən başqa, çox problemimiz yox idi. Bu qarşılaşmada gərgin mübarizə gedirdi. Çox şadam ki, qalib gəldik. Kuboka doğru daha bir kiçik addım atdıq”.

Futbolçu daha sonra bildirib: “İnanılmaz hisslər yaşayırıq. Bura gəlmək üçün azarkeşlərin nə qədər əziyyət çəkdiyini görə bilirik. Ölkəmizdən bizi dəstəkləyənlərə təşəkkür edirəm”.

Messi ailəsinin də tribunadan dəstəini hiss etdiyini vurğulayıb: “Ailəm hər zaman yanımdadır. Xüsusilə, uşaqlarım. Çünki onlar böyüyüblər və hər şeyi başa düşürlər.Bu gün onların bu qələbəyə necə şahid olduqlarını gördüm. Həyəcanlı və xoşbəxt idilər”.

Niderlandla matç futbolçunun karyerasında 1000-cü görüş olacaq. O, bununla bağlı deyib: “1000-ci oyunum olduğunu matç günü öyrəndim. Anı yaşayıram və yaşadıqlarımdan zövq almağa çalışıram”.

Messi 1/4 finalda qarşılaşacaqları Niderlandla oyun haqda da danışıb: “Niderlandla görüş çətin olacaq. Dünya çempionatı gündən-günə daha da çətinləşir”.

Qeyd edək ki, Argentina 1/4 finalda dekabrın 9-da Niderlandla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button