İdman

Messi Maradona və Ronaldonu geridə qoydu

Argentina millisinin superulduzu Lionel Messi karyerasının 1000-ci matçında 789-cu qolunu vurub.

DÇ-2022-nin pley-off mərhələsində baş tutan Avstraliya ilə görüşdə hesabı açan Messi 1000-ci matçında da fərqlənməyi bacarıb. O, mundiallarda vurduğu qolların sayını 9-a çatdırıb.

Avstraliya ilə matçda fərqlənməklə Messi çempionatda 8 qol vuran Argentina millisinin əfsanəsi Dieqo Maradonanı geridə qoyub. Bununla yanaşı 10 qolla Argentinanın dünya çempionatlarındakı bombardiri Qabriel Batistuta ilə aradakı fərqi 1-ə endirib.

PSJ-nin formasını geyinən hücumçu dünya çempionatlarında 8 qol vuran Kriştiano Ronaldonu da geridə qoya bilib.

Bənzər yazılar

Back to top button