Dünya

Xəzərdə suitlərini tələf edən Rusiya raketlərinin zəhərli yanacağıdır?

İki gün əvvəl Rusiya KİV-ləri Xəzərin Dağıstan sahilində minə yaxın ölmüş suiti cəsədi aşkar edildiyi barədə məlumat yayıb. Sonradan bu rəqəm 1700-ə yüksəlib, bazar günü isə ölmüş suitlərinin sayı 2500-ə çatıb. Heyvanların tələf olmasının səbəbi məlum deyil.

Rusiyalı icmalçı Yuliya Latınina suitlərinin tələf olmasının səbəbi ilə bağlı maraqlı versiya irəli sürüb. O, hesab edir ki, heyvanlar Tu-160 və Tu-95 bombardmançı təyyarələrinin Xəzər regionundan Ukrayna istiqamətinə buraxdığı Rusiya raketlərinin zəhərli yanacağı səbəbindən tələf olur.

Köhnə raketlərdən istifadə olunduğuna görə çox vaxt onların bəzilərinin mühərrikləri işə düşmür. Bu raketlərin yerə düşüb partlamaması üçün onlar dəniz üzərindən buraxılır və qüsurlu raket səssizcə Xəzərə düşür, Latınina belə hesab edir.

Qeyd edək ki, raket yanacağı ən zəhərli yanacaqlardan biridir və onun utilizasiyası həmişə ciddi problem olub.

Vaxtilə amerikalı senator Riçard Luqar keçmiş sovet respublikalarında qalan köhnə sovet raketlərinin yanacaqlarının təhlükəsiz şəkildə emal məqsədilə yığılması üzrə xüsusi layihə həyata keçirib, belə ki, yeni müstəqil ölkələrin müvafiq texnologiyaları və avadanlıqları yox idi.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra bir neçə dəfə suitlərinin kütləvi şəkildə tələf olmasının qeydə alınması faktı da onların zəhərli yanacaqdan tələf olmasına dəlalət edir. Belə ki, bu yay Qazaxıstan sahilinə 837 ölmüş heyvan cəsədi vurub.

Martın 31-dən mayın 2-nə qədər Qazaxıstanın Mangistau vilayətinin sahilində 832 suiti cəsədi aşkar edilib.

Əvvəlki illərdə də suitlərinin ölümü baş verirdi, amma belə kütləvi şəkildə deyildi. Təhlil göstərib ki, tələf olan heyvanların 70%-nin immun sistemində dəyişiklik olub. Heyvanların 100%-nin qanında və orqanlarında infeksiya aşkar edilib. Ayrı-ayrı hallarda heyvanların ölümünə taun virusu səbəb olub.

Bu heyvanlar Qırmızı Kitaba salınıb və son məlumatlara görə, onların sayı 43-66 min arasındadır.(Turan)

Bənzər yazılar

Back to top button