Dünya

Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçıları Brüsseldə toplaşacaqlar

Dekabrın 12-də Brüsseldə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə Aİ xarici işlər nazirlərinin altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri ilə görüşü keçiriləcək.

Görüşdə Avropa İttifaqının komissarı Oliver Varhelyi də iştirak edəcək, xəbəri Avropa İttifaqı Şurasından veriblər.

İclasda Şərq Tərəfdaşlığının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələri müzakirə olunacaq. Aİ-Şərq Tərəfdaşlığı iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, iştirakçılar “yaşıl” və rəqəmsal texnologiyaların təşviqi və regionun sosial-iqtisadi bərpasına təkan verilməsi üçün əsas alət kimi İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button