Siyasət

“Ermənistanla danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər”

“Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş layihəsini hazırlayıb Ermənistana təqdim edib, respublikalar arasında danışıqların üçüncü raundu 2022-ci ilin sonuna qədər baş tuta bilər”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan beş əsas prinsip əsasında müqavilə layihəsini hazırlayıb və Ermənistan tərəfinə təqdim edib. Bundan sonra iki raund danışıqlar aparılıb. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan tərəfinin üçüncü şərhlər paketi Artıq Ermənistan tərəfinə təqdim olunub və biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər”.

Bayramovun sözlərinə görə, Azərbaycan Ermənistanla münaqişəni tezliklə həll etməyi qarşısına məqsəd qoyub.

Bənzər yazılar

Back to top button