GündəmManşetSiyasət

Laçında Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələrinin birgə nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək – general Volkov

Rusiya sülhməramlılarının Birinci postunda (Laçın) Azərbaycan tərəflə birgə “mini gömrüyün” fəaliyyət göstərməsi haqqında razılıq əldə edilib. Bu sensasiyalı xəbəri sülhməramlıların komandanı general-mayor Andrey Volkov dekabrın 3-də Şuşada azərbaycanlı jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, orada yüklərin və avtomobillərin yoxlanması üçün xüsusi avadanlıq yerləşdiriləcək.

Rusiya sülhməramlılarının 14 İran vətəndaşını Laçın dəhlizindən buraxmasının doğru olub-olmadığı haqqında suala cavabda Volkov deyib ki, bu məsələ araşdırılır.

“Mən bu barədə mətbuatda oxudum və biz bütün bunları, kimin, hansı nəqliyyat vasitəsilə, hansı sənədlərlə gəldiyini yoxlamağa başladıq”, deyən Volkov əlavə edib: “Bilirəm ki, onlar iki gün sonra buradan qovulublar”.

Volkovun bu sözləri 3 dekabr tarixində Azərbaycan nümayəndələrinin Qarabağ və Ermənistan arasında avomobillərin hərəkətini dayandırması ilə bağlı hadisələri ətraflı işıqlandıran Azərbaycan telekanallarının reportajlarında nümayiş etdirilməyib.

Bu kadrlar hələ bu gün – iki gün sonra və yalnız sosial şəbəkələrdə yayılıb.

Azərbaycan tərəfi Laçında birgə nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında qərar qəbul edildiyini açıqlamayıb.(Turan)

Bənzər yazılar

Back to top button