Dünya

ABŞ və Avropa İttifaqı Ukrayna infrastrukturunun bərpasına yardım edəcəklər

Bazar ertəsi ABŞ və Avropa İttifaqı Ukraynanın mühüm infrastrukturunu dəstəkləməyə sadiq olduqlarını bildiriblər və Ukraynadakı müharibə kontekstində Rusiyanın dezinformasiyasına qarşı mübarizəni davam etdirəcəklərini vəd ediblər, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

“Biz Rusiyanın Ukraynanın infrastrukturuna hücumlarını pisləyirik və Ukraynaya öz infrastrukturunun, o cümlədən telekommunikasiya və internet- infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində, xidmət və bərpasında dəstəyimizi davam etdirəcəyik”, -ABŞ və Avropa İttifaqının birgə idarəçiliyində olan Ticarət və Texnologiya Şurasının bəyanatında deyilir.

Bazar ertəsi Vaşinqtonda toplanan qrupa dövlət katibi Entoni Blinken və ticarət naziri Gina Raimondo, həmçinin ABŞ və Avropa İttifaqının digər nümayəndələri rəhbərlik ediblər.

“Biz Rusiyanın üzərinə ciddi və təcili xərclər qoymaqda və onu Ukraynaya qarşı apardığı amansız müharibəyə görə, o cümlədən ixrac məhdudiyyətləri, sanksiyalar və Rusiyanın dezinformasiyalarına qarşı müqavimət yoluyla məsuliyyətə çağırmaqda qərarlıyıq”, – bəyanatda deyilir.

ABŞ və Avropa İttifaqı həmçinin Rusiya resurslarından asılılıqdan imtina etməyin vacibliyini etiraf ediblər. “Biz tədarükün diversifikasiyası və daha dayanıqlı olması üçün əlaqələndirilmiş hərəkətləri araşdırmağı planlaşdırırıq”.

Bu addım Bayden administrasiyasının ABŞ-ın Ukraynanın enerji infrastrukturuna necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə neft-qaz şirkətlərinin rəhbərlərilə virtual görüş keçirməyi planlaşdırmasından sonra atılıb.

Bənzər yazılar

Back to top button