Digər
Rişarlisonla Ronaldo arasında maraqlı dialoq
Braziliya millisinin üzvü Rişarlison DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya ilə oyundan (4:1) sonra həmyerlisi – əfsanəvi hücumçu Ronaldo ilə görüşüb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rişarlison və sabiq hücumçu arasında maraqlı dialoq yaşanıb. Onların dialoqunu təqdim edirik:
Ronaldo: Qarşıda daha 3 oyun var. Sən mənə rəqs öyrətməlisən. hətta Tite də rəqs etdi (gülür). Dünya çempionatını qazansanız, mənimlə eyni saç düzümünü etdirməli olacaqsınız!
Rişarlison: Mən də saçımı eyni cür dizayn etdirəcəyəm. Hə!
Xatırladaq ki, DÇ-2022-nin 1/8 final mərhələsində Braziliya Cənubi Koreyanı məğlub edib (4:1). 1/4 finalda braziliyalılar Xorvatiya millisi ilə qarşılaşacaqlar.