Sağlamlıq

Bakıda 75 AZN-ə satılan dərman Türkiyədə 8 manatadır – Foto

Diabet xəstələrinin müalicəsində istifadə olunan “Galvus Met” dərmanı Türkiyə apteklərində Bakıdakılardan 5 dəfə ucuz satılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkə hesabında paylaşım edib.

“Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) (bir qutusu təxminən 7,85 AZN – red.) satılır. Bakıda bir qutuya verəcəyimiz pulla Türkiyədə təxminən 5 qutu dərman almaq mümkündür. Bu yaxınlarda Tiflisdən eyni dərmanın bir qutusunu 11 manata almışdım”, – paylaşımda bildirilib.

Bənzər yazılar

Back to top button