İqtisadiyyat

Azərbaycanda qanunsuz pul köçürmələrinə görə cəza sərtləşdirilib

Dekabrın 6-da prezident İlham Əliyev Cinayət Məcəlləsinə yeni məcəllənin – Azərbaycandan və Azərbaycana qanunsuz pul köçürmələrinə görə məsuliyyəti nəzərdə tutan 206-1-ci maddənin daxil edilməsini təsdiqləyib.

Yeni maddəyə əsasən, qaçaqmalçılıq əlamətləri olmadan, o cümlədən qarşılıqlı hesablaşmalar yoluyla 50 min manatdan 200 min manatadək məbləğdə qanunsuz pul köçürmələri hallarında bu məbləğin 40 faizi həcmində cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.

Qanunsuz pul köçürmələrinin məbləği 200 min manatdan 500 min manatadək olduqda, məbləğin 40 faizindən 60 faizinə qədər həcmdə cərimə və ya 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

500 000 manatdan çox məbləğ qanunsuz köçürüldükdə bu, 40 faizdən 60 faizədək həcmdə cərimə və ya 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Əgər köçürmənin məbləği 50 min manatdan az olarsa, bu, inzibati xəta hesab olunacaq və cərimə məbləğin 40-dan 60 faizə qədərini təşkil edəcək.

Bu cinayət işləri üzrə istintaqı ya İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, ya da Dövlət Təhlükəsizliyi Xidməti aparacaq.

Bu məsələ ilə bağlı rəsmi məlumatda nəyin qanunsuz köçürmə hesab ediləcəyi açıqlanmır.

Bənzər yazılar

Back to top button