Dünya

Dövlət Departamenti: “Biz fasilə deyil, sülh istəyirik”

Dövlət Departamenti çərşənbə axşamı bildirib ki, Vaşinqton “Ukraynanın ölkə hüdudlarından kənara zərbələr endirməsinə icazə vermir və buna təşviq etmir”. Bu bəyanat Kremlin Ukraynanı Rusiyanın hərbi infranstrukturuna bir neçə hücumda ittiham etməsindən sonra səslənib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz Ukraynanı öz suveren ərazisini müdafiə etməsi, Ukrayna sərhədini keçən Rusiya təcavüzkarlarına qarşı müqavimət göstərməsi üçün ona lazım olan silahlarla təmin edirik”, deyə rəsmi nümayəndə Ned Prays çərşənbə axşamı mətbuat üçün gündəlik brifinqdə bildirib.

Praysın sözlərinə görə, Vaşinqton “Ukraynaya Rusiya ərazisində istifadə üçün silah verməyib, onlar müdafiə silahları idi”.

“Ukraynalılar sülh istəyir. Transatlantik birliyi sülh istəyir. Bizim istəmədiyimiz fasilədir. Sülh yerinə fasilə olsa, bilirik ki, prezident Putin ondan yenidən silahlanmaq, yenidən qruplaşmaq və qisas məqsədilə Ukraynaya qayıtmaq üçün istifadə edəcək”, deyə o əlavə edib.

“Ukrayna bu təcavüzə son qoymağa çalışarkən biz onu dəstəkləmək üçün əlimizdən gələni etməyə çalışırıq. Sülh ədalətli olmalıdır, bunun üçün isə həm də möhkəm olmalıdır”, deyə Prays qeyd edib.

Prezident Zelenski ədalətli sülh haqqında danışarkən belə Ukraynaya raketlər, bombalar və mərmilər düşür. Bu səbəbdən Ukrayna ABŞ-ın oraya çatdırmağı lazım bildiyi silahları almağa davam edəcək, deyə Prays qeyd edib.

Bənzər yazılar

Back to top button