İqtisadiyyatManşet

İnam Kərimovla Kəmaləddin Heydərovun ortaq biznesi var? – Rəşad Kərimov və “Gilan Holdinq”…

Azərbaycanda kənd təsərrüfatı sahəsində bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edən şirkət var – “Aqrokimya Azərbaycan” MMC. Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Dövlət büdcəsindən ayrılan vəsaitlərlə keçirilən tender müsabiqələrində də qalib elan edilir.

Afn.az xəbər verir ki, bu haqda Şəmşad Kərimov adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb. Kənd Təsərrüfatı Nazirliyində baş verən qanun pozuntuları ilə bağlı müntəzəm məlumatlar açıqlayan Ş.Kərimov qeyd edib ki, Respublikanın ən böyük dərman istehsalçısı olan “Aqrokimya Azərbaycan” MMC-nin hüquqi təmsilçisi Gömrük Komitəsinin əməkdaşı, İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Kamran Nüsrət oğlu Muradov, təsisçi və direktoru isə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmisi oğlu, səhiyyə nazirinin müavini olmuş Sərdar Kərimovun oğlu Rəşad Kərimovdur: “Nə maraqlı təsadüf. Bu arada Rəşad Kərimov həm də son günlər adı sosial mediada çox hallanan FHN-in əməkdaşıdır.

Bəs əslində məmur balalarının idarə etdiyi şirkət kimə məxsusdur? “Aqrokimya Azərbaycan” MMC Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının dayaq sütunu olan “Gilan Holding”in alt şirkəti hesab olunur”.

Bənzər yazılar

Back to top button