AnalitikaBizim seçimCəmiyyətSiyasət

Hüquqları pozulanların marşı, yoxsa bəziləriin özünüreklam cəhdi?

Avropa dəyərləri” adı altında cəmiyyətimizə, xalqımıza məxsus dəyərləri dəyərsizləşdirmək düşmənlərimizin maraqlarına xidmət edir

Dünyanı cənginə almış koronvirus infeksiyasının təhdid etdiyi Azərbaycanda da bu xəstəliklə mübarizə aparıldığı bir vaxtda küçələrə çıxan bir dəstə feminist gündəmi dəyişməyə cəhd etdi. Təbii olaraq gündəmi dəyişdirməyə cəhd planı var idisə bu zaman elə qeyri-adi şüarlar səsləndirilməliydi ki, onlar ictimai rəyin diqqətini cəlb etmək üçün açıq şəkildə elan edilməsi cəmiyyətimizə yad olan istəklərini ortaya qoya bilsinlər.

Belə də oldu… Onlar istəklərinə nail oldular. Burada sadəcə bir istəkdən söhbət getmir. Xarici auditoriyaya elə təqdim olundu ki, guya ölkəmizdə orta əsr müsəlman dövlətlərində olduğu kimi qadınların hüquqları pozulur. Halbuki Azərbaycan o mərhələni hələ ötən эsərin əvvəllərində özünün Müsəlman Şərqində ilk demokratik respublikasını elan edəndə, hətta Avropanın bir çox ölkələrində qadının səs vermək və işləmək kimi hüquqları olmayanda qadınlara səs vermək hüququ tanıyanda keçib. Sovet dövründə bütün ölkədə olduğu kimi, Azərbaycanda qadınların hüquqlarının qanunvericilik səviyyəsində tanınması yönündə mühüm addımlar atılıb. Müstəqillik dövründə qəbul edilən bütün qanunvericilik aktları sayəsəində kişi və qadın hüquqları arasında fərq qalmayıb. Tək bir məsələdə fərq var ki, o da qadınların kişilərdən aşağı yox, daha da üstün hüquqlarının təsbitidir. O da müddətli həqiqi hərbi xidmətin kişilərə məcburi olması, qadınların bi xidmətdən azad edilməsidir. Silahlı qüvvələrdə qadınların müddətsiz xidməti isə könüllü əsasda mümkündür. Bununla yanaşı, iş prosesində qadınlara kişilərdən fərqli olaraq bəzi müstəsna hüquqlar tanınır ki, onlar da əmək məcəlləsində rəsmən öz əksini tapıb.

Bütün bu sadalanan faktlara görə ölkəmizdə hüquqi cəhətdən qadınların hüquqlarının bu və ya digər formada pozulması hallarının mövcudluğunu heç kim iddia edə bilməz. Yox əgər ailədaxili problemlərlə əlaqədar hansısa kişi qadının hüququnu pozursa, bu məsələlərin də hüquqi müstəvidə həll olunmasında heç bir çətinlik yoxdur.
Ona görə də, saxta şəkildə hazırda Azərbaycanda feminizm ideologiyasını qabartmaq yetişmiş problemin “partlayışı” kimi yox, hansısa sifarişin yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Beləliklə, Bakıda 8 mart günü icazəsiz “8 marş” aksiyasının əslində xaricdən idarə edilən planın tərkib hissəsi olduğunu həmini gün Azərbaycana yaxın digər ölkələrdə baş verən oxşar aksiyalara nəzər yetirəndə başa düşmək olar. Ən azı ona görə ki, həmin gün Rusiyada, Türkiyədə, Ukraynada, Qırğızıstanda, Moldovada, hətta Latviyada belə oxşar etiraz aksiyaları keçirilib.
Azərbaycanda olduğu kimi, həmin aksiyalarda da plakatlardakı şüarların mövzusu eyni olub, bu zaman qadın hüquqları ilə yanaşı, LGBT üzvlərinin məsələsi də qaldırılıb, qadınların aksiyasına “kişi”lər də qoşulub. Bu aksiyalar zamanı səsləndirilən şüarlar və tələblərin bütün ölkələrdə oxşar olması onların eyni mərkəzdən idarə edilməsinə şübhə yeri qoymur. Bu da onu göstərir ki, burada hədəf Azərbaycan, Rusiya, Türkiyə və digərləri daxil olmaqla region ölkələridir. Elə bir rəy yaratmaq istənilir ki, guya bu ölkələrdə qadınların və cinsi azlıqların hüquqları pozulur.

Ölkəmizi xarici aləmə başqa formada təqdim etmək istəyən insana məxsus olan dəyələri itirimiş bəzi şəxslərin əsas fiqurantları olduğu həmin aksiyaların kənardan müşahidəsi Azərbaycanda bu cəhdlərin məqsədini tam çıpaqlığı ilə ortaya qoyur. Bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada iştirak etmiş Aysel Ələkbərzadənin intihara cəhdi də bu məqsədin tərkib hissəsidir. Spirtli içki qəbul edib kirayədə yaşadığı binanın ikinci mərtəbəsində (???) yerləşən mənzilin pəncərəsindən özünü atan bu şəxs də bu yolla diqqət çəkmək planının həyata keçirilməsinə “töhfə verib”. Guya aksiyada əlində tutduğu plakatda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalmasının onu intihara sürüklədiyi səbəb kim təqim edilməsi istintaq orqanları üçün maraqlı ola bilər. Amma adi məntiq onu deyir ki, belə bir qınaqdan çəkinən biri olsaydı, o aksiyada iştirak etməzdi. Onda belə çıxır ki, kimsə, məsələn, onun bir yerdə pivə içdiyi oğlan dostu həmin qadını zorla aksiyaya gətirib, əlinə də plakatı verib? Xeyr, bu əsla belə deyil.

Digər tərəfdən, ölkədə kimliyindən asılı olmayaraq insan hüquqlarının pozulmasına biganə qalmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri olan hüquq müdafiəçiləri də bu aksiyanın kənardan idarə edildiyi və cəmiyyətimizə xas olmayan dəyərləri heç bir şərait olmadan təbliğ etməyə cəhdin mövcudluğuna görə və digər səbəblərdən bu aksiyaya münasibətdə eyni mövqedən çıxış ediblər.
Ona görə ki, gənc feministlərin birdən-birə bu şəkildə xalqmıza yad olan radikal çıxış və plakatlarla ortaya çıxması, onlardan birinin özünü binadan atması hüquqları pozulanların etiraz dalğası deyil. Sadəcə müəyyən məqamlarda Avropanın özündə də təpki görən üzdəniraq “Avropa dəyərləri” adı altında cəmiyyətimizə, xalqımıza məxsus dəyərləri dəyərisizləşdirmək cəhdidir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button