İqtisadiyyatManşet

Azərbaycanda 200 milyondan çox kapitalı olan 6 bankın sahibləri kimdir? – Siyahı

Azərbaycanda fəaliyyət göstərən 23 özəl bankdan yalnız 6-nın nizamnamə kapitalı 200 milyon manatdan yüksəkdir.

Yeniavaz.com xəbər verir ki, ən yüksək nizmanamə kapitalına sahib olan bank “Yelo Bank” ASC-dir. Bu bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı şirkətlər, o cümlədən də banklar üçün həm ilkin kapital, həm də onlar müflis olduqda kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən əsas vəsaitdir. Bu baxımdan nizamnamə kapitalı bankların həm maliyyə sabitliyinin, həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.

Azərbaycanda nizamnamə kapitalı 200 milyondan çox olan 6 bankı və onların səhmdarlarını təqdim edirik:

Banklar Nizamnamə kapitalı Səhmdarları
“Yelo Bank” ASC 378 milyon manat “Topaz İnvestments Limited” QSC – 95,68 %
Marina Kulişova – 4,22 %
“İSR Holdinq” MMC – 0,10 %
(Banka Vahid Ələkbərov nəzarət edir)
“Xalq Bank” ASC 364,8 milyon manat “İdeal Biznes Ko” MMC  – 50 %
“Yevro Standart” MMC  – 33,85 %
“Amal İnvest Qrup” MMC – 16,15 %
(Banka Leyla Əliyeva, Arzu Əliyeva və Arif Paşayev nəzarət edir)
“Paşa Bank” ASC 354,5 milyon manat PASHA Holding MMC  – 57 %
Bless MMC  – 28 %
Arif Paşayev  – 10 %
Camal Paşayev – 5%
(Banka Leyla Əliyeva, Arzu Əliyeva, Arif Paşayev və Camal Paşayev nəzarət edir)
“Bank VTB” ASC 315,8 milyon manat “Bank VTB” PSC (Rusiya Federasiyası) – 99,99%
Adıgözəl Ağayev – 0,01 %
(Banka Rusiya hökuməti nəzarət edir)
“AccessBank” QSC 258,7 milyon manat Asiya İnkişaf Bankı  –  19,9 %
Avropa İnvestisiya Bankı – 17,39 %
Beynəlxalq Maliyyə Korporasiyası  – 16,56 %
Hollandiya İnkişaf Bankı (FMO)   – 9,41 %
Avstriya İnkişaf Bankı (OeEB)  – 9,17 %
İsveçrə İnvestisiya Fondu  – 8,89 %
ResponsAbility Management Company S.A. –  7,11 %
3%-dən az payı olan fərdi səhimdarlar – 11,57%
“Kapital Bank” ASC 245,9 milyon manat Paşa Holdinq MMC – 99,88%
Fiziki şəxslər – 0,12 %
(Banka Leyla Əliyeva, Arzu Əliyeva, Arif Paşayev və Camal Paşayev nəzarət edir)

Bənzər yazılar

Back to top button