Cəmiyyət

Xəzərin Azərbaycan sahillərində suiti cəmdəkləri aşkar edilib

Xəzər sahilində Xaçmaz rayonunun Tikanlıoba, Seyidli və Nabran kəndləri yaxınlığında 17 suiti cəmdəyi aşkar edilib, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Ölüm səbəbini müəyyən etmək üçün ölən heyvanlardan bioloji nümunələr götürülüb. Dənizin bu hissəsi Azərbaycanın şimalında yerləşir və Xəzər dənizinin Rusiya sektoru ilə həmsərhəddir.

Xatırladaq ki, bundan öncə dənizin Qazaxıstan və Rusiya sahillərində 2500- dən çox ölü suiti aşkar edilib. Heyvanların kütləvi şəkildə ölməsinin səbəbi hələlik açıqlanmayıb.

Bənzər yazılar

Back to top button