GündəmManşetSiyasət

“France 24” Arayiki “Dağlıq Qarabağ”ın “prezidenti” kimi təqdim etdi – Video

Ötən gün Fransa televiziyası tərəfindən Azərbaycana qarşı növbəti təxribat törədilib.

Yeniavaz.com xəbər verir ki, Fransada səfərdə olan Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan “France 24” telekanalına müsahibə verib.

Bundan əlavə, proqram zamanı monitorda regionun xəritəsi göstərilib. Təqdim edilən xəritədə Azərbaycanın suveren əraziləri təhrif edilib.

Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ”, Xankəndi şəhəri isə “Stepanakert” adlandırılıb.
Arayik Arutyunyan isə “Dağlıq Qarabağ”ın “prezidenti” kimi təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da məsələyə reaksiya verib.

“France 24” tərəfindən tanınmayan, qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsi yayımlanıb. Bu, separatizmin təbliğinə təkan verir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi gücləndirməklə sülh səylərinə zərbə vurur”, – səfir sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Qeyd edək ki, “France 24” Parisdə yerləşən Fransanın dövlətə məxsus beynəlxalq xəbər televiziyası şəbəkəsidir.

Bənzər yazılar

Back to top button