Siyasət

Azərbaycan prezidenti Gürcüstan parlamentinin sədrini qəbul edib

Dekabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

Əliyev Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, iki ölkələnin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda – Avrasiya məkanında önəmli amil kimi dəyərləndirib və birgə təşəbbüslərin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Öz növbəsində Gürcüstan parlamentinin sədri deyib ki, iki ölkə arasında həyata keçirilən birgə layihələr iki ölkə xalqının rifahına və bölgədə sülhə xidmət edir. Onun sözlərinə görə, ikitərəfli dostluq münasibətləri uğurla inkişaf edir.

Görüş zamanı energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərilə bağlı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button