İdman

Ronaldo əşyalarını toplayaraq düşərgəni tərk etmək istəyibmiş – SƏBƏB

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) start heyətdə yer almayacağını öyrənəndən sonra yığmanın düşərgəsini tərk etmək istəyib.

Bu barədə “Record” məlumat yayıb. Bildirilib ki, 37 yaşlı hücumçu baş məşqisi Fernandu Santuşun onu ehtiyatda saxlamaq qərarına əsəbiləşib. Kriştiano əşyalarını yığıb Portuqaliya millisinin düşərgəsini tərk etməyə çox yaxın olub. Lakin bir müddət sonra futbolçu hələ də bu komandada mühüm rol oynaya biləcəyini anlayaraq sakitləşib.

Portuqaliya millisi bu vəziyyətə çox diqqət yetirmək istəmir.

Qeyd edək ki, Santuşun Ronaldonun əvəzinə start heyətdə meydana çıxardığı Qonsalu Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb. Ramuş 73-cü dəqiqədə Ronaldo ilə əvəzlənib.

Bənzər yazılar

Back to top button