Hadisə

Dağıstanda baş verən zəlzələ Azərbaycanın sərhədyanı rayonlarında da hiss edilib

Bu gün səhər Dağıstanda baş verən zəlzələ Azərbaycanın sərhədyanı rayonlarında da hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, zəlzələ yerli vaxtla saat 10:40-da Mahaçqaladan 82 kilometr cənub-qərbdə baş verib.

5,7 maqnitudalı zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

3-4 bal gücündə yeraltı təkanlar Azərbaycanın sərhədyanı rayonlarında da hiss edilib.

Bənzər yazılar

Back to top button