Siyasət

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın baş prokurorları görüşüblər

Dekabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüş Rusiya baş prokurorunun təşəbbüsü ilə baş tutub.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Kamran Əliyev minalanmış sahələr və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması prosesinin yolverilməzliyi barədə məsələ qaldırıb.

O həmçinin Qarabağa qanunsuz səfərlərin və təbii sərvətlərin istismarının yolverilməz olduğunu bildirib.

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşənlərin axtarışı üzrə birgə səylərin vacibliyini qeyd edən Əliyev bu səylərin davam etdirilməsinə çağırıb.

Öz növbəsində ermən tərəfi hərbi əsirlərlə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar tələblərinin yerinə yetirilməsinə çağırıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button