Siyasət

Yerevan sülh müqaviləsilə bağlı Bakının son təkliflərinə cavab verməyə hazırlaşır

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində iş davam edir. Bu barədə cümə günü Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan jurnalistlərlə söhbətində sülh müqaviləsi layihəsilə bağlı Azərbaycan tərəfinin son təklifi barədə sualı cavablandırarkən bildirib.

“Biz mətn üzərində işi davam etdiririk və redaktə etdiyimiz variant tezliklə Azərbaycana veriləcək”, – o deyib. Daha sonra əlavə edib: “Hökumətin timsalında Ermənistan bizim sülh sazişini bağlaya bilməmiz üçün hər cür səy göstərib. İndi, ilin sonunda bunun nəticə verəcəyini söyləmək çətindir, lakin biz işi davam etdirəcəyik, hər şey işin nəticəsindən asılıdır”, – Qriqoryan deyib.

Dağlıq Qarabağa dair suala belə cavab verib: “Vaşinqtonda razılıq əldə olunub ki, Dağlıq Qarabağ və Azərbaycanın ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etməsi üçün beynəlxalq mexanizm yaradılsın. Bunun sülh müqaviləsi çərçivəsində, yoxsa sülh müqaviləsindən kənarda həyata keçiriləcəyi bəlli deyil. Yerevan təhlükəsizlik təminatlarının yaradılmasına, belə mexanizmin yaradılmasına, Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizlik məsələlərinin müzakirəsinə tərəfdardır”, – Qriqoryan fikrini yekunlaşdırıb.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button