Siyasət

“Prezidentin gənclərdən böyük gözləntiləri var…” – Deputat

“Prezidentin gənclərdən böyük gözləntiləri var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov son iki ildə Prezident İlham Əliyevin apardığı gəncləşmə siyasəti, gənc kadrların yüksək vəzifəyə təyin olunması, eyni zamanda həmin təyinatlardan sonra baş verən müsbət dəyişiklikləri şərh edərkən deyib.

Deputat son aylarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük islahatların həyata keçirildiyini vurğulayıb:

“Son təyinatlardan da görünür ki, gənclərə böyük etimad göstərilir. Prezident təyinatlar zamanı həmin strukturlara yeni təyin olunan insanlarla söhbətdə bu məsələni xüsusi vurğuladı ki, gənclər enerjilidir. Prezidentin gənclərdən böyük gözləntiləri var. Mən burada məsələni tam gəncliklə bağlamağın da tərafdarı deyiləm. Onların yüksək bilik və bacarıqları, iş qabiliyyəti və keyfiyyəti də nəzərə alınır. Son təyinatlara baxanda Ceyhun Bayramov Təhsil Nazirliyində işlədi, özünü doğrultdu, sonra isə Xarici İşlər Nazirliyinə təyinat aldı. Emin Əmrullayev bundan əvvəl də Təhsil Nazirliyi sistemində işləmişdi, bir sira layihələrin müəllifidir. Həmin layihələrin həyata keçirilməsində aktiv şəkildə iştirak edib. Bu baxımdan da islahatların həyata keçirilməsi, eyni zamanda gənclərə etimadı yüksək diqqət və qayğının göstəricisidir. Prezident bu addımı atmaqla onun göstərdi ki, bu gün idarəcilikdə gənclərə böyük yer verilir”.

Deputat bildirib ki, əsas hədəf gənclərin bilik və bacarıqlarından istifadə olunmasıdır:

“Mən bir məsələni də qeyd etmək istəyirəm ki, adətən əvvəlki dövrlərdə müəyyən vəzifələrdə yaşlı nəsil çalışır deyə daha çox tənqid olurdu. İndi vəzifələrə gənclər təyin olunur. Yenə də bəzi insanlar höküməti gənclərin yeni vəzifələrə təyinat alması ilə bağlı tənqid edirlər. Amma biz yenə də həmin məsələnin üzərinə gəlirik ki, burada əsas hədəf və məqsədlərdən biri gəncliyin dinamikası, bilik və bacarıqlarından, xarici təhsilindən istifadə olunmasıdır. Yenə də vurğulayıram ki, yalnız gənclik amili yox, eyni zamanda savadın, biliyin, xarici təcrübənin olması, həmin şəxsin keçdiyi yol nəzərə alınır. Son təyinatlara baxdıqda görürük ki, həmin şəxslərin böyük əksəriyyəti ölkəmizdəki təcrübə ilə yanaşı, xarici ölkə təcrübələrini də yaxşı bilirlər. Xarici universitetlərdə ən azı magistatura təhsili alıblar. Bu baxımdan hesab edirəm ki, yeni metodologiyanın tətbiqi, xarici təcrübənin öyrənilməsi, yeni təyinatlardan gözlənilən məsələlərdir. Həyata keçirilən uğurlu siyasət nəticəsində növbəti illərdə ölkəmizdə bir çox sahələrdə inkişafın sürətlə getdiyinin şahidi olacağıq”.

Bənzər yazılar

Back to top button