Mədəniyyət

“Bütün söz-söhbət verdiyim müsahibədən sonra başladı”

“Yoxlama ilə bağlı əmr bizə gəlib çıxmamış artıq mətbuatda yayılmışdı ki, Kukla Teatrına yoxlama gəlir. Bu cür məsələlərin ictimailəşdirilməsi teatrın fəaliyyətinə zərbədir”.

Bunu Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə mətbuat konfransı zamanı deyib.

Rəşad Əhmədzadə teatrda aparılan yoxlama barəsində danışıb: “Sonra mən maraqlandım, yenə də yoxlama ilə bağlı əmri tapa bilmədim. Sonra tapılan əmrdə möhür yox idi, ikinci əmr də düzgün formada deyildi. Nəticə etibarilə belə çıxdı ki, nazirlik və oradakı əməkdaşlar bizim teatrımızın adını bilmir”.

Direktor nazirliyin dövlət planı siyasətini tənqid edib: “Bütün söz-söhbətlər teatrımızın 90 illik yubileyi və ondan sonra verdiyim müsahibədən sonra başladı. Keçmiş nazir müavini ilə aramızda olan söhbətdən sonra ölkədə olan teatrların dövlət planı azaldıldı, bizimki isə artırıldı. Bir neçə dəfə xahişdən sonra bir az azaltdılar”.

Bənzər yazılar

Back to top button