İdman

“71 yaşım var, Tanrıya oxşayıram” – Van Qaal

Niderland millisinin baş məşqçisi Lui van Qaal DÇ-2022-nin sonunda məşqçilik karyerasını başa vurmasını şərh edib.

Qol.az xəbər verir ki, o, “De Telegraaf”a açıqlamasında 71 yaşının olduğunu xatırladaraq özünü Tanrı ilə müqayisə edib:

“Nəzəri olaraq, işləməyi dayandıracağam. Ehtiyac olduğu üçün ölkə naminə milliyə qayıtdım. Amma heç vaxt heç vaxt demə. Dik Advokatı qeyd etmək istəyirəm. O, məndən də böyükdür, amma bu yaxınlarda yeni işə başlayıb. Mənə yaxşı yerdən zəng gəlsə, bir az daha işləyə bilərdim. 71 yaşım var və həqiqətən Tanrıya oxşayıram. Bunu ərəb dilinə də tərcümə edə bilərsinizmi?”

Xatırladaq ki, dünya çempionatının 1/4 finalında Niderland sabah Argentina millisi ilə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button