İdman

“Fransa İngiltərəni darmadağın edəcək”

Fransa millisinin sabiq müdafiəçisi Patris Evra DÇ-2022-nin 1/4 finalında İngiltərə seçməsi ilə üz-üzə gələcək “xoruzlar”ın rəqibini darmadağın edəcəyini deyib.

Fanat.az xəbər verir ki, “Goal” onun dediklərini belə çatdırıb:

“Məncə yaxşı oyun olacaq. İngiltərə Kilian Mbappeyə görə narahat olmalı, Fransa Saka və Fodeni nəzarətdə saxlamalıdır. Çempionlar Liqasında Neymarın öhdəsindən gələn Kayl Uokerin Kilianı saxlaya biləcəyinə inanmıram. Uoker özünə güvənsə belə, Mbappe onu bir yol tapıb keçəcək. Digər tərəfdən, Kilian cinahda oynamaqla yanaşı, hücumun mərkəzində də görünəcək. Hətta oyun zamanı daha çox Con Stounz və Harri Maquayrla üzbəüz qalacaq və onu dayandrımaq mümkün olmayacaq. Nə deyim, ingilislərin də şansı var. Amma hiss edirəm ki, Fransa İngiltərəni darmadağın edəcək. İngilislər qalib gəlsələr, təəccüblənərəm”.

Bənzər yazılar

Back to top button