İdman

“Braziliya ilə oyundan sonra Messinin ağlamağını görmək istəyirəm”

Braziliya millisinin sabiq üzvü Fred DÇ-2022-nin yarımfinalında Braziliya – Argentina oyununu görməyi arzulayır.

Qol.az xəbər verir ki, o, “Globe Esporte”yə açıqlamasında Argentina millisinin kapitanı Lionel Messinin kədər göz yaşlarını görmək istədiyini bildirib:

“Mən yarımfinalda Braziliya – Argentina oyununu görmək istəyirəm. Çaşqınlığı, qarışıqlığı, Neymarın oyununu və Messinin göz yaşlarını görmək istəyirəm”.

Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya, Argentina isə Niderlandla qarşılaşacaq. Bu gün keçiriləcək oyunların qalibləri yarımfinalda bir-biri ilə üz-üzə gələcək.

Bənzər yazılar

Back to top button