Siyasət

Azərbaycan-Ermənistan sülh müqaviləsinin bir bəndi razılaşdırılıb

“Rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi – diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun olaraq qurulması barədə razılıq əldə olunub”.

Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

Armen Qriqoryan vurğulayıb ki, sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

“Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, deyə Armen Qriqoryan əlavə edib.

Onun sözlərinə görə, söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir: “Ümumiyyətlə, bu məsələlərlə bağlı müzakirələr davam edir və bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur”.

Qeyd edək ki, dünən Qriqoryan Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətninin olduğunu, onlardan birini Rusiyanın, digərini Azərbaycanın təklif etdiyini açıqlamışdı.

Bənzər yazılar

Back to top button