İdman

İPL-də 2 dəqiqə oynayan futbolçu İspaniya nəhənginə keçə bilər

“Mançester Yunayted”də az oynamasından narazı olan Donni van de Bek karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.az “Sport.es”ə istinadən xəbər verir ki, “Yuventus”un istədiyi niderlandlı yarımmüdafiəçi ilə “Barselona” maraqlanır.

Xəbərə görə, Qavinin xaçvari diz bağlarından ağır xəsarət alaraq uzun müddətə sıradan çıxması Donninin Kataloniya təmsilçisinin transfer siyahısına düşməsini şərtləndirən əsas məqamdır. Mənbə sözügedən oyunçunun MY-ni tərk etməyə can atdığını, lakin İspaniya klubunun hələ bu yöndə dəqiq qərar vermədiyini vurğulayıb.

Qeyd edək ki, van de Bek 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir. Cari mövsüm 26 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 1 oyuna çıxaraq cəmi 2 dəqiqə meydanda olub.

Bənzər yazılar

Back to top button