İdman

Didye Deşam: “İngiltərə ilə oyundan həzz almaq istəyirik”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəylə baş tutacaq oyunöncəsi fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, “A Bola” fransalı mütəxəssisin açıqlamalarını belə çatdırıb:

“İngiltərə millisinin zəif nöqtəsi yoxdur. Ola bilsin ki, onların yaxşı bacarmadıqları bəzi şeylər var. Biz bundan yararlanmağa çalışmalıyıq. Dünya çempionatı başlayandan biz sakit və özümüzə hakimik. Bu, 1/4 finaldır, amma həyəcan yoxdur. Oyundan həzz almaq istəyirik. Məqsədimiz növbəti mərhələyə çıxmaqdır”.

İngiltərə – Fransa görüşü dekabrın 10-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button