İdman

“Qarabağ”ın futbolçusu Almaniya klubunda qalmayacaq

İcarə əsasında “Qarabağ”da çıxış edən Ailton Silva müqavilə ilə məxsus olduğu Almaniyanın “Ştutqart” klubundakı taleyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Bild” nəşri komandanın icarəyə verilmiş futbolçularının durumu ilə bağlı araşdrıma aparıb. Həmkarlarımız iddia edib ki, 25 yaşlı braziliyalı futbolçu II Bundesliqa təmsilçisində qalmayacaq.

Qeyd edək ki, Ailton Silvanın “Qarabağ”la icarə müddəti bu ilin iyulunda yekunlaşır. Onun “Ştutqart”la sözləşməsi isə 2021-ci ilin yayınadəkdi.

Bənzər yazılar

Back to top button